logo
logo logo
logo

Klassik musiqi həvəskarları bir araya gəldi - “İncə Sənətlə üz-üzə” 

22:20 - 03 İyul 2026

Klassik musiqi həvəskarları bir araya gəldi - “İncə Sənətlə üz-üzə” 

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Yay zalında keçirilən “İncə Sənətlə üz-üzə” konsert proqramı klassik musiqi həvəskarlarını bir araya gətirib.


Manset.az xəbər verir ki, gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri baş dirijor Fuad İbrahimovun rəhbərliyi ilə çıxış edib. Konsertin solisti Azərbaycan Respublikasının Xalq artisti Murad Hüseynov olub. Tanınmış pianoçunun ifası və orkestrin təqdim etdiyi klassik musiqi nümunələri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Konsert proqramında dünya klassik musiqisinin müxtəlif dövrlərini əhatə edən məşhur əsərlər səsləndirilib. Musiqi nömrələri boyunca zalda xüsusi sənət ab-havası hökm sürüb, dinləyicilər ifaları alqışlarla müşayiət ediblər.

Tədbirdə mədəniyyət naziri Adil Kərimli, mədəniyyət və incəsənət xadimləri, eləcə də ictimaiyyətin tanınmış nümayəndələri iştirak ediblər.

“İncə Sənətlə üz-üzə” konserti klassik musiqinin təbliği, dünya musiqi irsinin görkəmli nümunələrinin dinləyicilərə təqdim olunması və cəmiyyətdə musiqi mədəniyyətinə marağın artırılması baxımından unudulmaz sənət hadisələrindən biri kimi yadda qalıb.


Fidan Vəlisoy 



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az