logo
logo logo
logo

Nuran bu dəfə Zeynəb Xanlarovanın repertuarına müraciət edib - FOTO/VİDEO

19:32 - 08 İyul 2026

Nuran bu dəfə Zeynəb Xanlarovanın repertuarına müraciət edib - FOTO/VİDEO

Gənc ifaçı söz və musiqisi Zeynəb Xanlarovaya məxsus olan məşhur “Məni unutmağa tələsmə hələ” mahnısını müasir tərzdə yenidən təqdim edib.


Manset.az xəbər verir ki, layihənin rəhbəri Elvin Elxandır. Mahnı peşəkar yaradıcı heyət tərəfindən ekranlaşdırılıb. Rejissorları Zeyn və İlahə Məhərrəm olan klip üçün xüsusi hazırlıq görülüb, çəkiliş prosesinə 50-yə yaxın yaradıcı heyət üzvü cəlb edilib.

Ekran işində Nuranın sənət üslubuna uyğun nostalji atmosfer yaradılıb. Klip Buzovnada yerləşən qədim evlərdən birində lentə alınıb və çəkilişlərə “Üçüncü Bahar” İctimai Birliyinin yaşlı üzvləri də qatılıb. Layihələrində milli dəyərlərə, adət-ənənələrə və keçmişin ruhuna xüsusi önəm verən Nuran bu işində də həmin xəttə sadiq qalıb.

Klip iki fərqli vizual hissədən ibarətdir. Birinci hissədə Nuranın sosial tərəfi, ikinci hissədə isə sənətçinin daxili emosional dünyası ekran dilində əks olunub.

Layihənin musiqi prodüseri və artistin vokal koçu Elçin Cəfərovdur. Mahnının aranjimanı, miks və masterinqi isə Dahin və Rasim Əsgərov tərəfindən hazırlanıb.

Ekran işinin art direktoru Fərid Cabbarlı, kostyum dizayneri Ayşə Məstanova olub.

Kadrarxası görüntülər və fotosessiya Ksenia Şirinova tərəfindən həyata keçirilib. 

Quruluşçu operatorlar isə Müseyib Qasımov və Zaur Cavadov olublar.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az