logo
logo logo
logo

Türkiyədən köçürlər

22:06 - 12 İyul 2026

Türkiyədən köçürlər

Türkiyənin tanınmış aktyorları Hazal Kaya və Ali Atay ölkədən gedəcəkləri ilə bağlı açıqlama veriblər.


Manset.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, cütlük Niderlandın Amsterdam şəhərində yeni şirkət qurduqlarını və burada yeni həyat qurmağa hazırlaşdıqlarını bildiriblər.

Hazal Kaya ölkəni tamamilə tərk edəcəkləri ilə bağlı iddialara da münasibət bildirib.

Aktrisa Türkiyə ilə əlaqələrini kəsməyəcəklərini və həyatlarını iki ölkə arasında davam etdirəcəklərini deyib.

“Türkiyədən tamamilə ayrılmırıq. Həm ölkədaxili layihələrimizi, həm də oradakı işlərimizi paralel şəkildə davam etdirəcəyik”, - deyə o bildirib.

Qeyd edək ki, Hazal Kaya və Ali Atay 2019-cu ildə ailə qurublar. Cütlüyün iki övladı var.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az