logo
logo logo
logo

Məşhur amerikalı musiqiçi vəfat edib

17:40 - 19 İyul 2026

Məşhur amerikalı musiqiçi vəfat edib

ABŞ-nin "L7" rok qrupunun vokalçısı və bas-gitaraçısı Cennifer Finç uzun sürən xəstəlikdən sonra 59 yaşında vəfat edib.


Manset.az xəbər verir ki, bu barədə "L7" qrupunun saytında yerləşdirilən bəyanatda bildirilir.

"O, uzun müddət və cəsarətlə beyin xərçəngi ilə mübarizə apardı. Cennifer bir çox gözəl dostları, sənət yoldaşları və bütün dünyadakı pərəstişkarları tərəfindən çox sevilirdi", - deyə məlumatda bildirilir.

Finç 1986-cı ildə "L7" qrupuna qoşulub və qrupun ən məşhur albomlarının: "L7" (1988), "Smell the Magic" (1990), "Bricks Are Heavy" (1992) və "Hungry for Stink" (1994) albomlarının ərsəyə gəlməsində iştirak edib. 1996-cı ildə vokalçı "L7" qrupunu tərk edib və sonradan səhhətindəki problemləri gedişinin əsas səbəblərindən biri kimi göstərib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az