Gənc artist Nuran məşhur festivallardan birində iştirak etmək üçün Gəncəyə yollanıb.
Manset.az xəbər verir ki, sənətçi festival çərçivəsində səhnəyə çıxaraq sevilən hit mahnılarını səsləndirib. Onun çıxışı Gəncə sakinləri tərəfindən böyük maraqla qarşılanıb.
İfaçı səhnədən endikdən sonra ətrafında izdiham yaranıb. Dinləyicilərin böyük marağı ilə qarşılaşan Nuran kulisə keçməkdə çətinlik çəkib.