2 dəqiqəyə 4,5 milyon qazandı

23:37 - 14 May 2023

2 dəqiqəyə 4,5 milyon qazandı

Rusiyalı məşhur Eqor Qrid məktəblərdə keçirilən "Разговоры о важном" təşəbbüsü üçün iki dəqiqəlik videoçarx hazırlayıb.

 

Manset.az axşam.az-a istinadən bildirir ki, ifaçı bunun üçün 4,5 milyon rubl alıb. "Mash" teleqram kanalının məlumatına görə, Eqor yanvarın 23-də rusiyalı məktəblilərə nümayiş etdirdiyi video onlayn fırıldaqçılığa həsr olunub. Musiqiçi internetdə yayılan yalan məlumatı həqiqətdən necə ayırmağı izah edib. 

Məktəb müəllimləri onun işbirliyindən pul almayacağını düşünsələr də, ifaçı onları məyus edib. O, qonorarsız iş görməyəcəyini bildirib.

Qeyd edək ki, Eqor bundan əvvəl vergi borcu olduğu üçün dövlətə 1 milyon rubl ödəyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az