Azərbaycanlı məşhur repçi Türkiyədə saxlanıldı - SƏBƏB (FOTO)

14:49 - 27 May 2023

Azərbaycanlı məşhur repçi Türkiyədə saxlanıldı - SƏBƏB (FOTO)

Türkiyədə rep ifa edən azərbaycan əsilli müğənni Asya Əlizadə saxlanılıb.

 

Manset.az Hurriyet-ə istinadən xəbər verir ki, o,  kliplərində narkotikdən istifadəni təşviq etdiyi üçün saxlanılıb.

Əlizadə polis bölməsində verdiyi ifadədən sonra sərbəst buraxılsa da, Azərbaycana göndərilmək üçün təhvil verilib.

İstanbul Polis İdarəsi Narkotik Cinayətlərlə Mübarizə Şöbəsi istintaq zamanı müəyyən edib ki, Əlizadə kliplərindən birində ingilis dilində “like marixuana” ifadəsini işlədib. Araşdırmalardan sonra barəsində həbs qətimkan tədbiri seçilən Əlizadə Ataşehirdəki evində saxlanılıb.

Jalə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az