"Rus bölməsində müəllim çatışmazlığı yaşayırıq" - Nazir

17:18 - 29 Fevral 2024

Rus bölməsində müəllim çatışmazlığı yaşayırıq.

 

Manset.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, hər il rus bölməsi üzrə elan olunan vakansiyalar boş qalır:

“Cəmiyyət elə bilir ki, rus bölməsində oxumaq daha yaxşıdır. Azərbaycan məktəblərində Azərbaycan vətəndaşları üçün həmişə yer var. Hazırda 300-dən artıq məktəbimizdə rus bölməsi var. Müəllim çatışmazlığı səbəbindən bir məktəbdə 2 dildə bölmə saxlamaq çətindir”.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin