İrlandiyanın “Ryanair” şirkətinə məxsus təyyarədə baş verən yanğın nəticəsində azı 18 nəfər xəsarət alıb.
Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə “Diario de Mallorca” nəşri məlumat yayıb.
Qeyd edilib ki, hadisə təxminən saat 01:00 radələrində baş verib. Təyyarə İspaniyanın Palma-de-Mayorka hava limanına eniş edərkən bortda yanğın olduğu barədə məlumat verib.
Bildirilib ki, tibb işçiləri 18 nəfərə yardım göstəriblər. Altı nəfər xəstəxanaya yerləşdirilib.
Təyyarənin modeli və yanğının səbəbləri barədə məlumat verilməyib.