Trampın Hitleri təriflədiyi iddia edildi

13:19 - 12 Mart 2024

Trampın Hitleri təriflədiyi iddia edildi

ABŞ-ın qalmaqallı keçmiş prezidenti Trampın 2024-cü il seçkiləri kampaniyası zamanı Adolf Hitlerə təriflər yağdırdığı iddia edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Keçmiş prezidentin şəxsi katibi vəzifəsini icra edən təqaüdçü general Con Kelli CNN-in aparıcısı və milli təhlükəsizlik üzrə baş analitik Cim Sciuttoya verdiyi açıqlamasında Trampın "Hitler bəzi yaxşı işlər gördü. İqtisadiyyatı yenidən qurdu" deyərək özünü belə təsəvvür etdiyini bildirib.

Con Kelli CNN-in aparıcısına deyib.

Mənə “Ancaq Hitler də bəzi yaxşı işlər görüb” dedi. Mən də “Yaxşı, bəs nə?” dedim. O da "Hitler iqtisadiyyatı yenidən qurdu” dedi. Amma o yenidən inşa etdiyi iqtisadiyyata nə etdi? Öz xalqına və dünyaya qarşı istifadə etdi. Mən də dedim ki, "Cənab, bu adam haqqında əsla yaxşı bir söz deyə bilməzsiniz. Yəni, Mussolini müqayisədə böyük insan idi”.

Xəbərdə “Trampın Hitlerin yüksək rütbəli nasist zabitləri üzərində hökmranlığına heyranlığı” da ifadə edilib.

Əfsanə Rəcəb

Manşet.az

 

 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin