"Fənərbağça"nın sabiq baş məşqçisi Xorxe Jesus Səudiyyə Ərəbistanında komandası "Əl Hilal"la son 28 matçda qalib gələrək, futbol tarixində ən uzun qələbə seriyasına imza atıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, adını futbol tarixinə qızıl hərflərlə yazdıran təcrübəli məşqçinin komandası Asiya Çempionlar Liqasının 1/4 final matçında Marselo Qalardonun idarə etdiyi "Əl İttihad" komandasına 2:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Bu nəticə ilə "Əl Hilal" son 28 matçda qalib gələrək futbol tarixinin ən uzun qələbə seriyasının yeganə sahibi olub.
Əfsanə Rəcəb
Manşet.az