Bakıda hamam yandı: bir nəfər zəhərləndi

22:00 - 21 Mart 2024

Bakıda hamam yandı: bir nəfər zəhərləndi

Bakıda hamam yanıb.

 

Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Suraxanı rayonunda ümumi sahəsi 600 m² olan hamamın soyunub-geyinmə və sauna otağının yanar konstruksiyaları 70 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Hamamın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin