Dünya şöhrətli aktyor Tom Kruz ilə 10 ildir görüşməyən və bu müddət ərzində mətbuatda görünməyən qızı Suri Kruzun 18 yaşı tamam olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, gənc qızın anasına bənzərliyi diqqət çəkib.
Bir müddət evliliklərini davam etdirən cütlük 2012-ci ildə boşanıb. Cütlüyün qızının vəlayəti anaya verilib.
Qızı ilə heç bir əlaqəsi olmayan aktyor 10 ildir ki, onu görmür. Bu dövrdə gözlərdən uzaq yaşamağa üstünlük verən Suri Kruz 18 yaşına çatıb.
Suri ad günündə dostu ilə görüşüb və ona gül hədiyyə edib.
Əfsanə Rəcəb
Manşet.az