Bacısı həbsdəki qardaşına narkotik gətirdi

20:10 - 26 Aprel 2024

Bacısı həbsdəki qardaşına narkotik gətirdi

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.

 

Penitensiar xidmətdən Manset.az-a verilən məlumata görə, məhkum Namiq Sədrəddin oğlu Cavadova bacısının gətirdiyi sovqata baxış keçirilən zaman oradakı antiperspirant qabının içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə 1,738 qram heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

25 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin