Bakı-Lvov marşrutu üzrə ilk reyslər 2021-ci il iyulun 5-dən həyata keçirilməyə başlanacaq.
Manset.az xəbər verir ki, Ukraynanın “SkyUp” hava yolları 2021-ci il iyulun 5-dən Bakı-Lvov marşrutu üzrə ilk reysini həyata keçirəcək. Ukraynanın Lvov şəhərindən Azərbaycana gələn təyyarələr həftədə bir dəfə - bazar günləri yola düşəcək. Əks istiqamətdə reyslər isə bazar ertəsi həyata keçiriləcək.
Azərbaycan Respublikasına giriş qaydaları isə 1 iyun 2021-ci il tarixindən etibarən yaşayış icazəsi olanlara , eləcə də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın verdiyi qərarlara əsasən tənzimlənir.
“COVİD – 19” pandemiyası dövründə əhalinin sağlamlığı naminə xüsusi qaydaları nəzərə alaraq , Bakı-Lvov marşrutu üzrə gediş-gəliş aviabiletlərini https://skyup.aero/ru/ saytından , yaxud Ukrayna Fəxri Konsulluğunun “Ukrayna Mərkəzi” bilet-satış şöbəsinə müraciət edərək əldə etmək mümkündür .
Ukrayna Fəxri Konsulluğu rahat səyahətiniz üçün əlavə olaraq, yola düşməzdən əvvəl mövcud giriş qaydalarını yoxlamağınızı məsləhət görür. Təhlükəsiz səyahətinizi bizimlə həyata keçirin.