"Qəbələ" yeni transferini açıqladı

14:47 - 12 İyul 2025

\"Qəbələ\" yeni transferini açıqladı

2025/2026 mövsümünə hazırlıqları davam etdirən "Qəbələ" yeni transferini açıqlayıb.


Manset.az Report-a istinadən istinadən xəbr verir ki, Fil Dişi Sahilindən olan yarımmüdafiəçi Adriel Ba Loua ilə 1 illik müqavilə imzalanıb.

28 yaşlı futbolçunun son klubu “Kan” (Fransa) olub. Ba Loua bunadək ASEC (Fil Dişi Sahili), “Lill” (Fransa), “Veyle” (Danimarka), “Karvina”, “Viktoriya” (hər ikisi Çexiya) və “Lex”də (Polşa) forma geyinib.

Qeyd edək ki, “Qəbələ” bunadək Prins Ovusu, İsaak Amoah və Paulo Quimbilanı heyətinə qatıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az