logo
logo logo
logo

Azərbaycanda evlənənlərin yarıdan çoxu BOŞANIR 

11:51 - 27 Oktyabr 2026

Azərbaycanda evlənənlərin yarıdan çoxu BOŞANIR 

Azərbaycanda nikah və boşanma göstəriciləri açıqlanıb


Manset.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2026-cı ilin yanvar-avqust aylarında 26 485 nikaha daxilolma və 13 278 boşanma halı qeydə alınıb.

Bu da onu göstərir ki, boşanmaların sayı nikahların sayının 50,1 faizini təşkil edib. Yəni qeydə alınan hər 100 nikaha təxminən 50 boşanma düşüb.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4,6-dan 3,9-a, boşanmaların sayı isə 2,0-dan 1,9-a enib.

Rəqəmlərdən aydın olur ki, ötən illə müqayisədə boşananların sayı ciddi dəyişməsə də, evlənənlərin sayı xeyli azalıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az