Maştağa sakinini öldürən şəxs saxlanıldı

15:09 - 4 May 2024

Maştağa sakinini öldürən şəxs saxlanıldı

Mayın 3-də axşam saatlarında 1974-cü il təvəllüdlü Sabunçu rayonu Maştağa qəsəbə sakini Roman Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və bu gün ölməsi barədə polisə məlumat daxil olub.

 

DİN Mətbuat Xidmətindən Manset.az-a bildirilib ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əsgərovu qətlə yetirməkdə şübhəli bilinən 1966-cı il təvəllüdlü Maştağa qəsəbəsi sakini narkotiklərlə əlaqəli cinayətlərə görə əvvəllər məhkum olunmuş Rəşid Babayev saxlanılıb.

Araşdırılmalar davam etdirilir.


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin