DİQQƏT! Alimlər yeni balıq növü aşkar etdi: Qaranlıqda işıq saçır - FOTO

18:00 - 17 May 2024

DİQQƏT! Alimlər yeni balıq növü aşkar etdi: Qaranlıqda işıq saçır - FOTO

Çində sualtı mağarada çəhrayı rəngli, gözsüz bir canlı aşkar edilib.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Çin alimləri Şujianq çayının yeraltı axınlarında yaşayan, gözləri dərisinin altında qara nöqtələr kimi görünən yeni kor mağara balığı növünü tapıblar.

Alimlər sözügedən canlının "təkamül tədqiqatları üçün müstəsna cavablar" verə biləcəyini qeyd edib və mağara balığına Guiyang Bığlı Qızıl Zolaq (texniki olaraq Sinocyclocheilus Guiyang kimi tanınır) adını verib.

Sözügedən canlı təxminən 12 sm uzunluğa qədər böyüyür. 

Alimlər bildirir ki, bu balığın uzun bığlar Sinocyclocheilus növlərində geniş yayılıb, çünki onlar su axınını daha yaxşı aşkarlayır və daimi qaranlıq və qida çatışmazlığı olan yeraltı su sistemlərində yem tapmağa kömək edir.

Jalə

Manşet.az



Xəbər xətti

25 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin