Bağırov körpüsündə son vəziyyət - VİDEO
22 Oktyabr 2024
19:32 - 20 May 2024
İlon Maskın təsis etdiyi Amerikanın "Neuralink" şirkəti Federal Qida və Dərman İdarəsindən (FDA) insan beyninə çip implantasiyası üzrə ikinci əməliyyat üçün icazə alıb.
Manset.az türk mediasına istinadən xəbər verir ki, təcrübənin ilk iştirakçısında yaranan problemləri düzəldəndən sonra FDA Telepatiya çipinin ikinci şəxsə implantasiyasına icazə verib.
Ultra nazik naqillərin çıxması ilə bağlı problemi həll etmək üçün şirkət bəzi naqilləri beynin dərinliyinə yerləşdirməyi planlaşdırır.
Yanvar ayında Mask ilk insanın "Neuralink" implantını quraşdırmaq üçün əməliyyatdan uğurla keçdiyini və vəziyyətinin yaxşı olduğunu açıqlayıb. Cihazdan əldə edilən ilk məlumatlar ümidverici nəticələr göstərib.
"Neuralink"in Telepatiya kimi tanınan yeni cihazı istifadəçiyə öz düşüncələri ilə smartfonu və ya kompüteri idarə etməyə imkan verir və ilk növbədə, üzvlərinin istifadəsini itirmiş insanlara yönəlib. Mart ayında implantı olan ilk xəstə fikirlərinin gücü ilə şahmat oynadığını nümayiş etdirib.
Mask həmçinin şirkətin kor insanların görməsini təmin edən bir cihaz olması nəzərdə tutulan "Neuralink" beyin implantını da açıqlayıb. Bu layihə "Blindsight" adlanır.
"Neuralink" 2016-cı ildə Mask tərəfindən təsis edilib və gələcəkdə insan beyninə implantasiya oluna biləcək çiplər hazırlayır. Mask hesab edir ki, bu cür neyron interfeyslər insana süni intellektə müqavimət göstərə bilən kiborqa çevrilməyə imkan verəcək, həmçinin insanlara düşüncə gücündən istifadə edərək kompüteri birbaşa idarə etməyi öyrənməyə kömək edəcək.
Jalə
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin