“Qarabağ” Avropa rekordunun bir addımlığında

22:36 - 20 May 2024

“Qarabağ” Avropa rekordunun bir addımlığında

"Qarabağ" Azərbaycan Premyer Liqasındakı ev oyunlarındakı məhsuldarlığı davam etdirir.

 

Manset.az İdman.Biz-ə istinadən bildirir ki, Ağdam klubu ardıcıl 14-cü dəfə qonaqların qapısına 2 və ya daha çox qol vurub.

Qurban Qurbanovun yetirmələri mövsümün son ev matçında "Turan Tovuz"u 4:3 hesabı ilə məğlub edib. "Qarabağ" bu qarşılaşmada seriyasını 14-ə çatdırıb.

Bu, Avropa klublarının davam edən seriyaları arasında 3-cü nəticənin təkrarıdır. "Qarabağ" TNS-lə eyni nəticəyə malikdir.

Yalnız iki klubu Azərbaycan çempionunu qabaqlayır. "Vikinqur" İslandiyada, "Sportinq" Portuqaliyada ardıcıl 15 ev matçında ən azı 2 qol vurur. Rekordun bir addımlığında olan Ağdam klubu seriyasını növbəti mövsüm davam etdirə biləcək.

Qeyd edək ki, Qurbanovun komandası çempionatdakı son görüşündə "Araz-Naxçıvan"ın qonağı olacaq.


Xəbər xətti

25 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin