"Qalatasaray" - "Fənərbağça" oyunundakı gərginliyə görə 2 futbolçu dindirilməyə çağırıldı

16:37 - 21 May 2024

"Qalatasaray" - "Fənərbaxça" derbisindən sonra başladılan istintaq çərçivəsində Stadion meneceri A.Ç.-ə hücum etməyə cəhd edən 2-si futbolçu olmaqla 5 nəfər dindirilməyə çağırılıb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, futbolçular Mert Hakan Yandaş və Bright Osayi-Samueldir.

İstanbul Qubernatorluğu olaylı keçən "Qalatasaray" - "Fənərbağça" derbisi ilə bağlı açıqlama verib: 

“Fənərbağçanın baş məşqçisi İsmail Kartalın köməkçi məşqçi olan oğlu Emre Kartal və digər şəxslər tərəfindən başına zərbələr endirdiyi iddia edilən Ali Sami Yen İdman Kompleksi Rams Park Stadionunun müdiri Ali Çelikkırana hücuma cəhd edən 5 nəfər barəsində “Məhkəmə prosesi” başlanıb".

Qeyd edək ki, Türkiyə Superliqasının 37-ci həftəsində keçirilən "Qalatasaray" - "Fənərbağça" derbisi fənərlilərin minimal hesablı qələbəsi ilə yekunlaşıb.


Xəbər xətti

21 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin