Əlil qayınanasını yandırdı - Bank hesablarını boşaltdı

17:48 - 21 May 2024

Əlil qayınanasını yandırdı - Bank hesablarını boşaltdı

İngiltərədə yaşayan 44 yaşlı Karen Vamplyu 77 yaşlı əlil qayınanası Elizabet Vamplyu yuxuda yandırdıqdan sonra onun bank hesabını boşaldıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yanıq və tüstüdən zəhərlənərək öldüyü təsbit edilən Elizabetin bank hesabından mobil əməliyyatla çıxarılan pulu Karen borclarını ödəmək və lüks həyat üçün istifadə etdiyi iddia edilib.

Qətldə təqsirli bilinən Karen 32 il müddətinə azadlıqdan məhrum edilib. Hakim Timoti Spencer KC, işin "təsəvvür edilə bilən ən kədərli işlərdən biri" olduğunu söyləyib.

Karen yanğının yatağa düşmüş siqaretdən qaynaqlandığını iddia etməyə çalışıb, lakin sonradan edilən testlər yanğının çarpayıya tətbiq olunan alovdan qaynaqlandığını təsdiqləyib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

21 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin