Fransız aktyoru "Paparazzilər kralı"nı yumruqladı

11:05 - 22 May 2024

Fransız aktyoru

İtaliyanın paytaxtı Romada fransalı aktyor Jerar Depardyenin "Paparazzilər kralı" kimi tanınan fotojurnalist Rino Barillariyə yumruq atdığı üzə çıxıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Depardye Romanın Via Veneto küçəsindəki məşhur məkanda dostları ilə nahar edərkən Barillarının onun fotosunu çəkməsindən narahat olub.

Barillari “Messaggero” qəzetinə: “Depardye üzümə üç yumruq vurdu. Başım ağrıyır. Artıq 15 yaşım yoxdur, 79 yaşım var. Bu gün şəhərdə taksi sürücülərinin tətili olub. Ora gedirdim. Via Venetoda gedərkən onu gözəl bir xanımla gördüm və fotolarını çəkdim. Bunu görəndə mənə sərt şəkildə baxdı. bu məşhur insanlar üçün adi haldır. Bu cür şeylər edirlər. Amma sonra yanıma gələrək üzümə 3 yumruq vurdu. İndi xəstəxanaya gedirəm, düşünürəm ki, bir yerim sınıb. Bu barədə polisə məlumat verəcəyəm. Savaşsa savaş” deyib.

Əfsanə Rəcəb

Manşet.az

 

 


Xəbər xətti

22 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin