Bu küçələr bağlıdır - SİYAHI
22 Oktyabr 2024
16:11 - 22 May 2024
Türkiyənin İstanbul şəhəri növbəti illərdə ardıcıl iki Avropa kubokunun finalına ev sahibliyi edəcək.
Manset.az xəbər verir ki, İrlandiyanın paytaxtı Dublində UEFA İcraiyyə Şurasının iclası keçirilib.
2026-cı ildə UEFA Avropa Liqasının finalının "Beşiktaş"ın ev oyunlarını keçirdiyi "Dolmabahçe"də keçirilməsinə qərar verilib.
Həmçinin, 2027-ci ildə Konfrans Liqasının finalının da İstanbulda oynanılacağı bildirilib. Bu finalın stadionu daha sonra müəyyənləşəcək.
"Dolmabahçe" ikinci dəfə UEFA final təşkilatına ev sahibliyi edəcək.
2019-cu ildə İngiltərənin iki komandası "Liverpul" və "Çelsi"ni qarşı-qarşıya gətirən UEFA Super Kubokunun final matçı da "Beşiktaş"ın stadionunda keçirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin