Azərbaycanda 10 ballıq tektonik bölgələr mövcuddur

18:33 - 22 May 2024

Azərbaycanda 10 ballıq tektonik bölgələr mövcuddur

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Azərbaycanda 10 ballıq tektonik bölgələrin mövcud olduğunu deyib.

 

Manset.az  "oxu.az"a istinadən xəbər verir ki, o bu barədə Bakıda keçirilən "Katastrofik risklərə qarşı dayanıqlı maliyyə sistemi" mövzusunda keçirilən konfransda məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan 8-9 ballıq zəlzələ zonasına aiddir:

"Lakin Azərbaycanda 10 ballıq bölgələr də mövcuddur. Zəlzələnin baş verəcəyi ilə bağlı qısamüddətli proqnoz dünyada yoxdur, ortamüddətli və uzunmüddətli proqnozları isə əvvəldən vermək olur. 20 il ərzində ölkədə maqnitudası 1,5 və 3-dən yuxarı olan çoxsaylı zəlzələ baş verib".

Baş direktor, həmçinin vurğulayıb ki, Azərbaycanın işğaldan azad edilən ərazilərində geofiziki tədqiqatlar aparılmayıb:

"Torpaqlarımızın 30 il işğal altında olması ilə əlaqədar orada tədqiqatlar və araşdırmalar aparılmayıb".


Xəbər xətti

22 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin