Çin Tayvan ətrafında hərbi təlim keçirtdi

14:25 - 23 May 2024

Çin Tayvan ətrafında hərbi təlim keçirtdi

Çin suverenlik mübahisəsi olan Tayvanın yeni lideri Lai Çinqte vəzifəyə gəldikdən üç gün sonra adanı və onun ətrafını əhatə edən hərtərəfli hərbi təlimə başlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Çin Xalq Azadlıq Ordusunun Şərq Cəbhəsi Komandanlığından açıqlama verilib.

Bildirilib ki, Çin ordusunun Tayvan boğazı ətrafında, Tayvan adasının şimal, cənub və şərq bölgələri ilə yaxın Kinmen, Matsu, Vuçi və Dongyin adaları ətrafında birgə hərbi təlimə başlayıb.

Komandanlığın sözçüsü Li Xi bildirib ki, təlim Tayvanın müstəqilliyinə qarşı hərəkətlərə qarşı bir cəza və xarici qüvvələrin müdaxiləsinə qarşı xəbərdarlıqdır.

Komandanlığın bəyanatında, “Birgə Qılınc-2024A” adlı iki günlük təlimdə quru, hava, dəniz və raket qüvvələrinin birliklərinin iştirak etdiyi “dəniz-hava birgə döyüş hazırlığı patrul xidməti, döyüş sahəsinin birgə ələ keçirilməsi və nəzarəti həyata keçirmə və hədəflərə qarşı birgə atış təlimləri" "ediləcəyi qeyd edilib.

Təlimdə “patrul maşınlarının Tayvan adası ətrafındakı ərazilərə fokuslanacağı, ada zənciri daxilində və xaricində birgə əməliyyatlarla bölmələrin real döyüş imkanlarının yoxlanılacağı” bildirilib.

Tayvan Müdafiə Nazirliyi sosial media platformasında Çin ordusunun təlim elanını pisləyib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

21 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin