YAP Yasamal rayon təşkilatında “Uşaq hüquqlarını qoru” adlı rəsm sərgisi təşkil olunub - FOTO

14:31 - 1 İyun 2024

YAP Yasamal rayon təşkilatında “Uşaq hüquqlarını qoru” adlı rəsm sərgisi təşkil olunub - FOTO

YAP Yasamal rayon təşkilatı və Beynəlxalq Qalereya ilə birgə 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaq hüquqlarını qoru” adlı rəsm sərgisi təşkil olunub.

 

Manset.az xəbər verir ki, rəsm sərgisində YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova, YAP Yasamal rayon təşkilatının əməkdaşları, müxtəlif yaş qruplarından olan rəssamlar və rayon ictimaiyyəti iştirak edib.

100 nəfər rəssamın müxtəlif növ və zəngin əsərlərindən təşkil olunan sərgiyə baxış keçirilib.

Yap Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək bildirib ki, Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Azərbaycanda uşaqlarla bağlı siyasətin əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub.

Məhz həmin illərdə ən məhsuldar və uşaqlarla bağlı problemlərin həllini özündə əks etdirən qanunlar, dövlət proqramları və tədbirlər planı qəbul edilib və onların icrası istiqamətində mühüm işlər görülüb. Prezident cənab İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib.

Qeyd edək ki, ölkə rəhbəri Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 2009-cu il "Uşaq ili" elan edib. Bu gün ulu öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir.

Xüsusi olaraq qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır. Çıxışının sonunda Bəxtiyar Nəbiyev 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə balaca soydaşlarımızı səmimi-qəlbədən təbrik edərək möhkəm can sağlığı və xoşbəxt həyat arzu edib.

Çıxış edən Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova sərginin əhəmiyyətindən bəhs edərək balaca rəssamları 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edərək ölkəmizdə yaşayan bütün uşaqları onlara səadət, şən həyat, uzun ömür, xoşbəxt gələcək arzulayıb. Sərginin təşkil olunmasında göstərilən dəstəyə görə də başda sədr Bəxtiyar Nəbiyev olmaqla YAP Yasamal rayon təşkilatına dərin minnətdarlıq ifadə olunub.

Sərgidə iştirak edən yeniyetmə rəssam Süsən Əliyeva 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə uşaqları təbrik edərək göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını ifadə edib.

Çıxışlardan sonra müxtəlif yaş qruplarından olan rəssamlara diplomlar təqdim edilib.

Sonda xatirə şəkli çəkdirilib.



Xəbər xətti

21 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin