Azadlıq prospektinin bir hissəsində təmir işlərinə start verildi - VİDEO/FOTO

14:56 - 3 İyun 2024

Azadlıq prospektinin bir hissəsində təmir işlərinə start verildi - VİDEO/FOTO

Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması üçün paytaxtın Azadlıq prospektində əsaslı təmir işlərinə start verilib.

 

Manset.az xəbər verir ki, təmir işləri prospektin Cəfər Xəndan küçəsi ilə Mixail Kaveroçkin küçəsi arasında olan hissəsində aparılır. Sözügedən hissənin uzunluğu 3.4 km təşkil edir.

Azadlıq prospekti boyunca hərəkət intensivliyi və vətəndaşların rahatlığı nəzərə alınaraq təmir işləri gecə saatlarında aparılır. Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün frezlənməsi və frez materialının kənara daşınması işləri icra olunur. 

Qeyd edək ki, işlərin aparıldığı ərazidə hərəkət məhdudlaşdırılmır. Yalnız ərazidən keçən avtonəqliyyat vasitələrinin və çalışan işçilərin təhlükəsizliyi baxımından müəyyən hərəkət zolaqları üzrə qismən məhdudlaşma tətbiq edilir. 

Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən prospektlə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.



Xəbər xətti

24 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin