Bu küçələr bağlıdır - SİYAHI
22 Oktyabr 2024
15:56 - 5 İyun 2024
Lənkəran rayonunun “Şiləvar dörd yolu” deyilən ərazidə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Manset.az xəbər verir ki, hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən Lənkəran rayon sakini, 1957-ci il təvəllüdlü Nərminə Aslan qızı Səfərovanı vurub. Baş nahiyyəsindən xəsarət alan piyada Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb. Hazırda yaralıya ilkin tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin