logo
logo logo
logo

DTX-nin saxladığı "Çevik" ləqəbli Məqsəd Bağırov həbs edildi

18:11 - 14 Sentyabr 2026

DTX-nin saxladığı \"Çevik\" ləqəbli Məqsəd Bağırov həbs edildi

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Bağırov Məqsəd Məcid oğlu və Bilalov Kamran Ramiz oğlu barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.


Manset.az APA-ya istinadən xəbər verir ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-cü (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi ilə ittiham elan edilib.

    Belə ki, Kamran Bilalov və Məqsəd Bağırov cəmiyyətdə dini nifrət və düşmənçilik salınması ilə bağlı əməllərin törədilməsində şübhəli bilinirlər.

    Qeyd edək ki, "Çevik" ləqəbli Məqsəd Bağırov bir müddətdir Tiktok platformasında canlı yayımları ilə gündəmə gəlmişdi. Bir müddət əvvəl Qəbələdə Məqsəd Bağırova hücum edildiyi bildirilib.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az