logo
logo logo
logo

Almaniya rəsmisi müəmmalı şəkildə öldü

16:13 - 05 Noyabr 2026

Almaniya rəsmisi müəmmalı şəkildə öldü

Almaniyanın Bavariya əyalətinin baş nazirinin müavini və iqtisadiyyat naziri Hubert Ayvanqer Berlində qaldığı hotel otağında ölü tapılıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, 55 yaşlı siyasətçinin vəfatından sonra prokurorluq heç bir ehtimalın istisna edilmədiyini açıqlayıb.

Hadisə ilə bağlı Cinayət Axtarış İdarəsi araşdırmaya başlayıb. Ayvanqerin meyitində gözlə görünən hər hansı xəsarət izinin aşkar edilmədiyi bildirilib. Hadisə Avropada və Rusiyada baş vermiş siyasi qətlləri və şübhəli ölümləri də yenidən gündəmə gətirib.

Berlin polisi və prokurorluğu siyasətçinin ölüm səbəbini müəyyənləşdirmək məqsədilə birgə araşdırmaya başlayıb.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az