Türkiyənin İstanbul şəhərinin Bahçelievler rayonunda tikinti sahəsində bünövrə qazıntısı aparılarkən torpaq sürüşməsi baş verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində bəzi fəhlələrin torpaq altında qaldığı bildirilir.
Məlumat daxil olduqdan sonra hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım və axtarış-xilasetmə qrupları cəlb olunub.
Hazırda xilasedicilər torpaq altında qalan fəhlələrin xilas edilməsi istiqamətində işləri davam etdirirlər.