Fransanın müdafiə naziri Sebastyan Lekornu Dublin-Roma reysini həyata keçirən sərnişin təyyarəsinin bomba xəbərdarlığı səbəbindən Fransadakı hərbi hava bazasına yönləndirildiyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İrlandiyanın paytaxtı Dublindən İtaliyanın paytaxtı Romaya uçan “Aer Lingus” aviaşirkətinə məxsus “Airbus A320” tipli sərnişin təyyarəsi havada olarkən bomba təhlükəsi barədə məlumat daxil olub.
Fransanın müdafiə naziri Sebastyan Lekornu təyyarənin Fransanın Evre şəhərində yerləşən hərbi hava bazasına yönləndirildiyini bildirib.
Nazir hadisənin Baş nazirlik tərəfindən yaxından izlənildiyini qeyd edib.