logo
logo logo
logo

Baş prokuror Abşeronda vətəndaşları qəbul etdi - FOTOLAR

15:23 - 05 Noyabr 2026

Baş prokuror Abşeronda vətəndaşları qəbul etdi - FOTOLAR

Baş prokuror Abşeronda vətəndaşları qəbul edib.


Baş Prokurorluğun Mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, noyabrın 5-də Baş prokuror Kamran Əliyev Abşeron rayon prokurorluğunun inzibati binasında Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulunu keçirib.

    Qəbuldan əvvəl Baş prokuror Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsini ziyarət edib.

    Qəbulda iştirak edən 35 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az