logo
logo logo
logo

Fransada polis tələbələrə müdaxilə etdi

17:11 - 05 Noyabr 2026

Fransada polis tələbələrə müdaxilə etdi

Fransada həmkarlar ittifaqlarının ümumi tətil çağırışı etdiyi və yüz minlərlə insanın küçələrə çıxmasının gözlənildiyi etiraz aksiyaları ərəfəsində təhsil şəraitindən narazı olan lisey və universitet tələbələri bir sıra təhsil müəssisələrinin qarşısında girişləri bağlayaraq aksiya keçiriblər.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, polis etirazçılara müdaxilə edib.

Bu gün ümumi tətilin elan edildiyi Fransada hökumətin təhsil sahəsindəki vədlərini yetərsiz hesab edən şagird və tələbələrin lisey və universitetlərdə keçirdikləri etiraz aksiyaları bir çox şəhərdə davam edir.

Yerli mətbuatda və sosial şəbəkələrdə yayılan görüntülərə görə, paytaxt Parisdə yerləşən Panteon-Assas Universitetinin qarşısında zibil qablarından barrikadalar quran tələbələr təhsil müəssisəsinə girişləri bağlayıblar. Polis əməkdaşları müdaxilə edərək etirazçıları ərazidən uzaqlaşdırıblar.

Hüquq-mühafizə orqanları əməkdaşlarının aksiya iştirakçılarını itələyərək ərazidən çıxardığı anlar sosial şəbəkələrdə yayılıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az