60 min manat pul yeyən alverçi saxlanıldı - FOTO

10:09 - 8 İyun 2024

60 min manat pul yeyən alverçi saxlanıldı - FOTO

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində vətəndaşları aldadaraq zərərçəkənlərin pullarını mənimsəyən Azər Əliyev saxlanılıb.

Manset.az Milli.az-a istinadən xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Adıçəkilən şəxs avtomobil elanı saytlarında müxtəlif markalı avtomobillərin şəkillərini özünə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək dəyərindən ucuz qiymətə satılması barədə elanlar yerləşdirib. Ona zəng edən vətəndaşlara "beh" göndərmələri üçün bank hesab nömrəsini təqdim edib, pulları əldə etdikdən sonra isə telefon zənglərinə cavab verməyərək əlaqəni kəsib.



Xəbər xətti

25 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin