Qırılan lift qəzalı imiş - VİDEO

09:29 - 24 İyun 2024

Qırılan lift qəzalı imiş - VİDEO

Xəbər verdiyimiz kimi, Bakıda Ağa Nemətulla küçəsi 70 ünvanında 17 mərtəbəli binada lift qırılıb.
 

Manset.az Baku TV-yə istinadən xəbər verir ki, liftin trosu 7-ci mərtəbədə olarkən qırılıb.

Hadisə nəticəsində trosu qırılan lift 1-ci mərtəbəyə düşüb.

Sakinlərin bildirdiyinə görə, lift qəzalı vəziyyətdə olub, hətta 4 nəfərdən çox şəxsin liftə minməsi qadağan edilibmiş:

“Səs eşitdik, baxdıq ki, lift qırılıb, amma qapısı açıq vəziyyətdədir. Həmin vaxt içərisində 7 nəfər var idi, onların da çəkisi çox olub. Halbuki lift qəzalı olduğu üçün 4 nəfərdən çox şəxsin minməsi qadağan idi”.

Ətraflı videomaterialda:

 


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin