Bakıda lift qırıldı - Yaralılar var

19:11 - 23 İyun 2024

Bakıda lift qırıldı - Yaralılar var

Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 79 ünvanında liftin qırılması nəticəsində 5 nəfər xəsarət alıb.

 

Manset.az xəbər verir ki,bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, bu gün saat 16:06-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə paytaxtın Nərimanov rayonu, A.Nematulla küçəsi ərazisindən liftin qırılması səbəbi ilə çağırış daxil olub.

"Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib. 5 nəfər (qadın cinsli) şəxs xəsarət alıb. Xəsarət alanlar təcili tibbi yardım briqadası tərəfindən müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunublar", - məlumatda deyilir.


Xəbər xətti

13 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin