logo
logo logo
logo

Sabah Naxçıvanın bir sıra ərazilərində işıq olmayacaq

17:40 - 12 Oktyabr 2026

Sabah Naxçıvanın bir sıra ərazilərində işıq olmayacaq

Sabah Naxçıvan şəhərinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.


"Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) Manset.az-a verilən məlumata görə, oktyabrın 13-də 110/35/10 kV-luq Xalçaçılıq yarımstansiyasından çıxan 19 nömrəli hava elektrik xəttində təmir işləri aparılacaq.

Bununla əlaqədar sabah saat 10:00-dan 12:00-dək Naxçıvan şəhəri 56, 59, 60 və 61-ci məhəlləri, Şəhriyar, Səməd Vurğun və Həsən Rəhmanov küçələri, Hərbi Şəhərcik-1, Universitet şəhərciyi, Uşaq Xəstəxanası və Perinatal Mərkəzdə elektrik enerjisinin verilişi dayandırılacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az