MSK sədrindən xəbərdarlıq: "Cəzalandıracağıq"

12:27 - 10 İyul 2024

MSK sədrindən xəbərdarlıq:

"Seçki məntəqələrində tələbləri pozan şəxsləri cəzalandıracağıq. Bu, istər davranış qaydaları, istərsə də digər məqamlarla bağlı ola bilər".


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bunu bu gün dairə seçki komissiyalarının rəhbərləri üçün keçirilən müşavirədə çıxış edərkən MSK sədri Məzahir Pənahov deyib.

Sədr bununla bağlı DSK rəhbərlərinə və üzvlərinə müraciət edib.

"İnsanlarla davranış qaydalarına diqqət etməlisiniz. Hər hansı bir pozuntunun, neqativ halın olmasına yol verilməməlidir. Əgər sizdən asılı olmayan çatışmazlıq, məsələ olarsa, MSK-ya müraciət etməlisiniz. Bu, ölkə əhəmiyyətli məsələ olduğu üçün şəxsi marağınız arxa planda qalmalıdır", - deyə qeyd edib.


Xəbər xətti

24 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin