Manset.az-ın xəbəri təsdiqləndi - MN-nin müavinlərinin sayı azaldıldı

12:51 - 13 İyul 2024

Manset.az-ın xəbəri təsdiqləndi - MN-nin müavinlərinin sayı azaldıldı

Müdafiə Nazirliyinin strukturunda dəyişiklik edilib.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, rəsmi olaraq müdafiə nazirinin müavinlərinin sayı azaldılıb.

Belə ki, müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordunun Komandanı vəzifəsi siyahıdan çıxarılıb.

Müdafiə naziri, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, müdafiə nazirinin müavini - Baş direktor vəzifələri isə yerində qalıb.

Qeyd edək ki, Manset.az portalı bir necə gün əvvəl Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayevin tutduğu vəzifəsindən azad edilməsi barədə xəbəri yayımlamış, müdafiə nazirliyində dəyişiklik olacağını bildirmişdi.

Bunu rəsmi açıqlamalarla təsdiqlətmişdi.

Qeyd olunan linkə keçid edərək xəbərlə tanış ola bilərsiniz: https://www.manset.az/news/114697/son-deqiqe-azerbaycanin-meshur-general-polkovniki-isden-cixarildi


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az