Amerikanın "Foks Nyus" televiziya şirkəti sentyabrda keçmiş Amerika lideri Donald Tramp və vitse-prezident Kamala Harris arasında debat təşkil etmək istəyir.
Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Yarışın şərtləri dəyişdiyi üçün biz keçmiş prezident Tramp və vitse-prezident Harris arasında debata ev sahibliyi etmək istərdik. Debatın sentyabrın 17-də Pensilvaniyada keçirilməsini təklif edirik", - deyə bildirilib.