Vəzifəyə təyin olunan Zaurun bibisi Gövhər Baxşəliyeva haqqında- ŞOK FAKT

20:45 - 28 Yanvar 2022

Vəzifəyə təyin olunan Zaurun bibisi Gövhər Baxşəliyeva haqqında- ŞOK FAKT

Ötən gün akademik Gövhər Baxşəliyevanın Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti vəzifəsini icra edəcəyi ilə bağlı xəbər vermişdik. Bəzi xəbər saytları isə Gövhər Baxşəliyevanın aparıcı Zaur Baxşəliyevin bibisi olduğunu yazmışdı.

Manşet.az xəbər verir ki,  akademik Zaur Baxşəliyevin bibisi deyil. Gövhər Baxşəliyeva SSRİ dövründə Azərbaycanın maliyyə naziri və Azərbaycan SSR Ali Sovetinin deputatı vəzifələrində çalışmış Baxşəli Baxşəliyevin qızıdır. Baxşəli Baxşəliyev 1920-ci ildə Bərdə şəhərində anadan olub. 1970-1987-ci illərdə nazir, 1971-1985-ci lllərdə isə 4 çağırış deputat vəzifəsini icra edib.

Qeyd edək ki, Gövhər Baxşəliyevanın bir qardaşı da həkimdir. Uzun illər Bakıdakı xəstəxanalardan birində baş həkim vəzifəsində işləyib. Zaur Baxşəliyevlə Gövhər Baxşəliyevanın yalnız soyadları eynidir.

ölkə.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az