Azər Məmmədov vətəndaşlarla görüşdü - FOTOLAR

11:31 - 14 İyun 2025

Azər Məmmədov vətəndaşlarla görüşdü - FOTOLAR

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü Kürdəmir rayonunda baş tutub.


Manset.az xəbər verir ki, birlik rəhbəri Ucar, Kürdəmir, Tovuz, Zərdab, Şəmkir, Qəbələ və Ağsu rayonlarından qəbula üz tutan 30-dək vətəndaşın qaz təchizatı ilə bağlı problem və təkliflərini dinləyib. Sakinlər əsasən fərdi qazlaşma, işə qəbul, obyektin qazlaşdırılması, iş yerinin dəyişdirilməsi və istehlak olunan təbii qaza görə yaranan debitor borcun araşdırılması ilə bağlı müraciətlər ünvanlayıblar.

Baş direktor hər bir müraciətin həlli yolu barədə vətəndaşlara ətraflı izahat verib. Bir sıra məsələlərin yerində baxılması və araşdırılması üçün Ağsu Regional qaz istismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az