logo
logo logo
logo

Təyyarə qəzaya uğradı - Ölən və yaralanan var

22:06 - 02 Oktyabr 2026

Təyyarə qəzaya uğradı - Ölən və yaralanan var

İsrailin şimalında, Hayfa şəhəri yaxınlığında 65 nömrəli avtomobil yolunun kənarına kiçik təyyarə düşüb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində təyyarədə olan bir nəfərin öldüyü, digərinin isə ağır yaralandığı bildirilib.

Yerli mətbuatda yayılan xəbərə görə, kiçik təyyarə İsrailin şimalında 65 nömrəli avtomobil yolunun yaxınlığına düşüb.

Qəza zamanı təyyarədə olan şəxslərdən birinin öldüyü, digərinin isə ağır vəziyyətdə xəstəxanaya çatdırıldığı qeyd edilib.

Təyyarənin düşdüyü ərazidə yanğın baş verib. Qəzanın səbəbi ilə bağlı hələlik açıqlama verilməyib.

Təyyarə qəzası səbəbindən 65 nömrəli avtomobil yolu nəqliyyatın hərəkəti üçün bağlanıb. Sürücülərdən hadisə ərazisindən uzaq durmaları istənilib.

Hadisə yerindən yayılan ilkin məlumatlara görə, açıq əraziyə düşərək alovlanan hava gəmisinin kənd təsərrüfatı təyyarəsi olduğu ehtimal edilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az