logo
logo logo
logo

15 yaşlı qız evlənmək məqsədilə qaçırıldı - YENİLƏNDİ

15:11 - 02 Oktyabr 2026

15 yaşlı qız evlənmək məqsədilə qaçırıldı - YENİLƏNDİ

Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb.


Manset.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan verilən məlumata görə, oktyabrın 2-də Ağdam rayon sakini tərəfindən nəvəsinin gecə saatlarında yaşadığı evdən çıxması ilə bağlı “102” Xidməti-Zəng Mərkəzinə müraciət daxil olub.

Hazırda faktla bağlı Ağdam Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır və onun olduğu yerin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

***

Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib.

2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib.

Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib.

Ailə üzvləri qızın qaçırılması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Faktla bağlı araşdırma aparılır. Onun yerinin müəyyən edilərək tapılması istiqamətində zəruri tədbirlər görülür.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az