Məşhur İsrailli aktyor Qi Kapulnik ABŞ-də aviaqəzada həlak olub.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, "Aeronca Champion" təyyarəsinin sükanı arxasında 46 yaşlı Qi Kapulnikin özü olub.
O, bu təyyarədən pilot təlimi üçün istifadə edirmiş. Aktyor daha əvvəl İsrail Müdafiə Qüvvələrinin (IDF) elit axtarış-xilasetmə bölməsində xidmətdə olub, pilot lisenziyasına və pilot təlimi hüququna malik idi. Qəza anında təyyarənin göyərtəsində ondan dərs alan bir qadın olub və o da qəzada həyatını itirib.
Qeyd edək ki, Qi Kapulnik Venesiya Film Festivalında "Qızıl aslan" mükafatını qazanan "Livan" filmi ilə tanınır.