logo
logo logo
logo

Tanınmış aktyor ABŞ-də təyyarə qəzasında öldü

15:57 - 03 Oktyabr 2026

Tanınmış aktyor ABŞ-də təyyarə qəzasında öldü

Məşhur İsrailli aktyor Qi Kapulnik ABŞ-də aviaqəzada həlak olub.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Need To Know" nəşri məlumat verib.

Məlumata görə, "Aeronca Champion" təyyarəsinin sükanı arxasında 46 yaşlı Qi Kapulnikin özü olub.

O, bu təyyarədən pilot təlimi üçün istifadə edirmiş. Aktyor daha əvvəl İsrail Müdafiə Qüvvələrinin (IDF) elit axtarış-xilasetmə bölməsində xidmətdə olub, pilot lisenziyasına və pilot təlimi hüququna malik idi. Qəza anında təyyarənin göyərtəsində ondan dərs alan bir qadın olub və o da qəzada həyatını itirib.

Qeyd edək ki, Qi Kapulnik Venesiya Film Festivalında "Qızıl aslan" mükafatını qazanan "Livan" filmi ilə tanınır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az