logo
logo logo
logo

Türkiyədə silahlı insident - 2 ölü, 5 ağır yaralı

22:57 - 02 Oktyabr 2026

Türkiyədə silahlı insident - 2 ölü, 5 ağır yaralı

Türkiyənin Siirt vilayətinin Kurtalan rayonunda ailələr arasında borc məsələsi ilə bağlı mübahisə silahlı insidentə çevrilib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə ağır yaralanıb.

Məlumata görə, Gözpınar kəndinin Seyitmeryəm məhəlləsində qohum olan ailələr arasında borc məsələsi ilə əlaqədar yaranan mübahisə silahlı qarşıdurmaya çevrilib.

Hadisədən sonra əraziyə təcili tibbi yardım və jandarm qüvvələri göndərilib. Yaralılar təcili yardım avtomobilləri ilə Batman vilayətinin Beşiri rayonundakı və Batman şəhərindəki xəstəxanalara çatdırılıb.

Jandarm əməkdaşları kənddə təhlükəsizlik tədbirləri görüb. Hadisə ilə bağlı araşdırma başlanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az